Quareşma "Beşiktaş"a qayıdır?

Portuqaliyalı futbolçu Rikardo Quareşma Türkiyənin "Beşiktaş" klubu ilə bağlı açıqlamalar verib.
Cebhe.info xəbər verir ki, dünya ulduzu İstanbul klubunda keçiriləcək prezident seçkilərindən danışıb.
O, seçkilərdə prezidentliyə namizəd Sərdar Adalıya uğurlar arzulayıb:
"Sərdar Adalı ilə çox yaxınıq. O, "Beşiktaş"a gəlməyimdə çox yaxından iştirak edib. Ona uğurlar arzulayıram. Əgər Sərdar Adalı seçilsə çox sevinərəm".
Quareşma "Beşiktaş"a qayıtmaq istədiyini etiraf edib:
"Ora mənim yuvamdır və bunu hər kəs bilir. Əgər məni yenidən çağırsalar, çox xoşbəxt olaram. "Beşiktaş"dan gələcək təklifi dəyərləndirərəm. Yenidən "Beşiktaş"a qayıtmaq istəyirəm".
Qeyd edək ki, Rikardo Quareşma "Beşiktaş"ın unudulmaz futbolçularından biridir.
O, İstanbul klubunda meydana çıxdığı 227 matçda 38 qol vurub, 77 məhsuldar ötürmə edib.
Elmir Mustafa
Cebhe.info