Quaresma: “Qızıl topu qazana bilərdim”

Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Rikardo Quaresma yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Cebhe.info xəbər verir ki, əfsanəvi futbolçu zamanında “Qızıl top” qazanma şansının olduğunu deyib.
40 yaşlı futbolçu “Barselona”da oynadığı dönəmdən söz açıb:
“Əgər “Porto”da etdiklərimi “Barselona”da etsəydim, “Qızıl top”u qazanardım. Bunun üçün çox böyük şansım ola bilərdi.
Amma həyat qəribədir. Qarşınıza çıxan fürsətlərdən yararlana bilməsəniz, bunun üçün peşmanlıq yaşamağın mənası yoxdur”.
Quaresma bu gün baş tutacaq “Barselona” - “Porto” matçının bərabərə bitəcəyini təxmin etdiyini söyləyib.
Elmir Mustafa
Cebhe.info