Qurban Qurbanov: "İstədiyimiz idman formasında deyilik"

Qurban Qurbanov: "İstədiyimiz idman formasında deyilik"

"Vacib 3 xal qazandıq. Amma istədiyimiz idman formasında deyilik. İstərdim ki, futbolçular topla daha düzgün, tez rəftar etsinlər".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis təşkilatlanmış komandaya qarşı oynadıqlarını bildirib: "Komandam diqqətli çıxış etdi. Sadəcə, son qolda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram. Futbolçularımı təbrik edirəm".

O, hələlik komandasını "Gent"lə oyunlara hazır hesab etmədiyini söyləyib: "Qarşıda bir neçə oyun var. Həmin matça heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik".

Mütəxəssis qapıçı transferi ilə bağlı məsələyə də toxujub: "Fevralın 2-dək sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlıaşdırmağa çalışacağıq".

Cebhe.info