"Real Madrid" "Çelsi"nin hücumçusunu transfer edə bilər

"Real Madrid" "Çelsi"nin hücumçusunu transfer edə bilər

İtaliya "İnter"ində çıxış edən Romelu Lukaku karyerasını İspaniyada davam etdirə bilər.

"The Sun" nəşri xəbər verir ki, "Real Madrid" 30 yaşlı hücumçu ilə maraqlanır.

Paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti belçikalı forvardı komandasında görmək istəyir.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan Lukaku icarə əsasında "İnter"in formasını geyinir.

Cebhe.info