Ronaldu millidən gedir 

Ronaldu millidən gedir 

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo baş məşqçi Fernando Santuşla münaqişəyə görə millini tərk edə biləcəyini deyib.

Cebhe.info xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldo bu qərarı Dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb.

37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Fernando Santuşun üstünə qışqırıb: “Sən məni əvəz etməyə çox tələsirsən!”

Xatırladaq ki, həmin matçda Ronaldo 65-ci dəqiqədə əvəzlənib.

Naibə
Cebhe.info