Tərlan Əhmədov: "Kaş pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş pis oynayıb qalib gələrdik"

"Əvvəlki matçlarda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Təəssüf ki, istifadə edə bilmədik. Bəzən yaxşı oynayıb məğlub olursan. Kaş pis oynayıb qalib gələrdik".

Bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis komandasının yaxşı oyun göstərdiyini bildirib: "Futbolçularımdan razı qaldım. Rəqibdən qat-qat üstün oyun nümayiş etdirdik. Oyunçularımızın əziyyətinə heyfim gəlir. Qarşıda hələ 16 tur var. Düşdüyümüz vəziyyətdən çıxmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".

Onun sözlərinə görə, komandanın bu məğlubiyyətdən sonra sonuncu pilləyə geriləməsi psixoloji gərginlik yaratmayacaq: "Əksinə, bizi daha motivasiyalı edə, futbolçuları aqressivləşdirə bilər. Məhz bunun sayəsində hazırkı vəziyyətdən çıxa bilərik".

Cebhe.info