TFF prezidenti: “Avropa çempionu olmağı hədəfləyirik”

TFF prezidenti: “Avropa çempionu olmağı hədəfləyirik”

“Tarixdə ilk dəfə qrup lideri kimi AVRO-2024 Avropa Çempionatına vəsiqə qazanan futbol üzrə milli komandamız hamımızı qürurlandırdı”.

“Cebhe.info” xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi deyib. 

O, yayda Almaniyada keçiriləcək Avropa çempionatı ilə bağlı iddialı danışıb:

“Avropanın ən gənc və ən uğurlu milli komandalarından biri olan yığmamızın bu yay Almaniyada keçiriləcək Avropa çempionatında uğurla çıxış edəcəyinə tam inanırıq. Avropada yaşayan əcnəbi vətəndaşlarımızın böyük dəstəyi ilə matçlarımızı ev sahibi kimi keçirəcəyik. 

Xatırlatmaq istərdim ki, Almaniyada səfərdə qalib gəldiyimiz yoldaşlıq görüşündə də tribunada azarkeşlərimiz çoxluq təşkil edirdi və millimizə nə qədər böyük dəstək verilirdi”.

TFF prezidenti hədəflərinin Avropa çempionluğu olduğunu söyləyib:

“Dünyanın ən böyük üç idman təşkilatından biri Avropa çempionatıdır. Olimpiya Oyunları və Dünya Kubokundan sonra dünyanın üçüncü ən böyük idman təşkilatı olan İtaliya ilə birlikdə AVRO-2032 Avropa çempionatına ev sahibliyi edəcəyik. 

İlk növbədə AVRO-2024-ün son mərhələlərini baş məşqçimiz Vincenzo Montella ilə görmək istəyirik. Daha sonra isə İtaliya ilə birlikdə ev sahibliyi edəcəyimiz AVRO 2032-də Avropa çempionu olmağı hədəfləyirik”.

Elmir Mustafa
“Cebhe.info”