Zelim Kotsoyev Avropa çempionatında finala çıxdı

100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, cüdoçumuzun rəqibi ukraynalı Anton Savitski olub.
Kotsoyev rəqibinə qalib gələrək, finala yüksəlib.
Onun həlledici qarşılaşmadakı rəqibi Paris-2024 Yay Olimpiya Oyunlarının finalında məğlub etdiyi gürcüstanlı İlia Sulamanidze olacaq.
10:38
Azərbaycanın daha üç cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.
Kişilərdən Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycanı təmsil etmək üçün Avropa çempionatına 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) yollanıb. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
"Cebheinfo.az"