“Zirə”nin qapıçısından möhtəşəm oyun - 4 penalti qaytardı

“Zirə”nin qapıçısından möhtəşəm oyun - 4 penalti qaytardı

“Zirə”nin qapıçısı Tyaqo Silva komandasının əsl qəhrəmanına çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, 24 yaşlı portuqaliyalı komandasının bu gün “Osiyek”ə (Xorvatiya) qarşı keçirilən matçında parlaq oyun nümayiş etdirib.

Konfrans Liqasının 3-cü mərhələsində bu komandaların cavab görüşünün əsas vaxtı da heç-heçə (2:2, ilk oyun 1:1) yekunlaşıb. Əlavə vaxtda qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib.

Seriya “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və onlar tarixlərində ilk dəfə KL-in pley-off mərhələsinə vəsiqə qazanıb. 

Azərbaycan klubunun qapıçısı rəqibin düz 4 penalti zərbəsini qaytarıb. “Osiyek”in qapıçısı isə 3 penaltini dəf edib.

"Cebheinfo.az"