Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

1 aprel 2025-ci il tarixə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 809,2 min təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Qeyd edilib ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı isə 2,9 faiz artaraq 54,4 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artıb və 220,3 min olub.
"Cebheinfo.az"