Qızıl ilin əvvəlindən 500 dollardan çox bahalaşıb

Qızıl ilin əvvəlindən 500 dollardan çox bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 500 ABŞ dollarından çox artıb.

"Cebheinfo.az"  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti cari ilin əvvəli ilə müqayisədə 20.2% və ya 534 ABŞ dolları artaraq 3175 ABŞ dolları təşkil edib.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə cari ilin əvvəli ilə müqayisədə 18.4% və ya 5.4 ABŞ dolları artaraq 34.8 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2641 ABŞ dolları, gümüşün bir unsiyasının qiyməti isə 29.4 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"