20 il sonra barışdılar - FOTO

20 il sonra barışdılar - FOTO

Tanınmış amerikalı müğənni Madonna 20 illik fasilədən sonra britaniyalı bəstəkar və müğənni Elton Conla barışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Madonna öz instaqram hesabında paylaşıb. 

66 yaşlı Madonna həmkarı ilə birgə foto paylaşaraq onunla “Saturday Night Live” şou proqramının kulisində görüşdüyünü, E.Conun ondan üzr istədiyini qeyd edib: “Onun ilk dediyi söz “Məni bağışla” oldu və aramızdakı divar uçdu”.

Onun sözlərinə görə, Con hətta ona həsr edilmiş mahnı bəstələyib və əməkdaşlığa dəvət edib. 

Qeyd edək ki, Madonna və Elton Con 2004-cü ildən küsülü olub. Müğənnilər arasında mübahisə E.Conun Madonnanın “Die Another Day” musiqisini kəskin tənqid etməsindən sonra başlayıb. Bununla yanaşı, Con mütəmadi olaraq həmkarını fonoqramla oxumaqda ittiham edib.

"Cebheinfo.az"