21 min avroya dörd it…

21 min avroya dörd it…

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti hökumətdən 21 200 avroya 4 xidməti it almaq üçün icazə istəyib. 

“Cebhe.info”-nun məlumatına görə, itlər qaçaqmalçılıqla mübarizə aparmaq üçün gömrük xidmətinin ixtiyarında olacaqlar.

İzahedici qeyddə xidməti itlərin baha olması onların xüsusi hazırlığı və unikal qabiliyyətlərə malik olması ilə izah edilir. 

İtlərin  Türkiyənin “FlyDog” şirkətindən alınması planlaşdırılır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin artıq sadələşdirilmiş satınalma üçün icazəni imzaladığı bildirilir.

Bu ilin aprel ayında gömrük kinoloji xidmətində itlərin sayı 31-ə çatıb.

Yazda ən son əlavə alınanlar dörd alman və dörd belçikalı çoban itləri olub. Bunlar Rene, Enzo, Mia, Hans, Stella, Mo, Diji və Hanna adlı itlərdir. 

İtlər narkotik vasitələrin, psixotrop maddələrin və digər qaçaq malların axtarışına kömək edir.

Fatimə Turalqızı
“Cebhe.info”