3 gün sonra başlayacaq təhlükə: Ondan qorunmaq üçün bunları etməyin

3 gün sonra başlayacaq təhlükə: Ondan qorunmaq üçün bunları etməyin

Noyabrın 22-dən 26-dək Yer kürəsində yeni G1 maqnit qasırğası gözlənilir.

Bu, insan səhhətinə ciddi mənfi təsir göstərə biləcək olaydır. 

Cebhe.info xəbər verir ki, həkim Andrey Tyajelnikov maqnit qasırğasının təsirin azaltmağın yollarını açıqlayıb.

Onun fikrincə, asırğadan təsirlənən insanlar müvəqqəti olaraq konsentrasiya tələb edən işlərdən əl çəksinlər və fiziki aktivliyi azaltsınlar. Həkim “RİA Novosti”-yə müsahibəsində də onlara kofe içməyi yox, bitki çayları içməməyi məsləhət görüb.

Bundan əlavə, həkim hava şəraitindən asılı olan insanlara maqnit qasırğaları zamanı spirtli içkilərdən, qızardılmış yeməklərdən və undan imtinanı tövsiyə edib.

"Normal qan dövranını saxlamaq üçün kifayət qədər təmiz su içmək lazımdır",-deyə həkim bildirib.

O, həmçinin qeyd edib ki, stresli vəziyyətlərdən qaçmaq vacibdir. Bundan əlavə, yüksək təzyiqə meyilli insanların duz qəbulunu azaltması, hipotenziyalıların isə tonunu artırmaq üçün təbii vasitələrdən istifadə etməsi daha yaxşıdır.

Xəzər
Cebhe.info