Bu ölkədə dünyanın ən uzun körpüsü tikiləcək

Bu ölkədə dünyanın ən uzun körpüsü tikiləcək

İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, körpü Siciliya adası ilə ölkənin əsas hissəsini birləşdirəcək.

Körpünün layihəsi qədim Romalılar tərəfindən hazırlanıb, İtaliyanın müasir hökuməti tərəfindən dəfələrlə müzakirə edilib. Planlara görə, asma körpünün uzunluğu 3,2 kilometr olacaq.

Martın 16-da İtaliya hökuməti layihənin işlənib hazırlanmasına icazə verən fərmanı təsdiqləyib. Asma körpünün tikintisinə 2024-cü ildə başlanmalıdır.

Cebhe.info