Əbdül: "Xanım ifaçılar gecə saat 3-də gəlib..."

Müğənni Əbdül Sevil və Sevinc Səfərovaların "Biz heç bir qonorar qarşılığında kabinetdə oxumuruq" sözlərinə rəy bildirib.
"Cebheinfo.az" xəbər verir ki, o, kabinetlərdə oxuyan xanım ifaçılara görə utandığını etiraf edib:
"Bəzi müğənnilər kabinetlərdə hoqqa verirlər. Bunun şahidi də olmuşam. Onlara görə müğənniliyimdən utanmışam. Kaş, o həmkarımı bildiyim kimi tanıyaydım, orada görməzdim. Pula görə özlərinə hörmət etmirlər.
Kabinetdə 80 nəfərlik ad günü banketi də olur. Mən də gedib ifa etmişəm, normaldır. Ancaq bəzi müğənnilər var ki, ad ləkələyirlər. Xanım ifaçılar gecə saat 3-də gəlib, özlərini çox pis aparıblar. Onlara digərlərinə eyni gözlə baxırlar. 15 dəqiqə mahnısını oxuyub daha sonra banketdə olanalrın yanında otururlar".
"Cebheinfo.az"