Evin ən çirkli yerləri: Ölüm orada gəzir

Hər evdə virus və bakteriyalar var. Onların harada daha çox olması sual doğurur.
“Cebhe.info” xəbər verir ki, Hemotest Laboratoriyasının həkimi və eksperti Denis Banni bu barədə danışıb.
Onun sözlərinə görə, bir mənzildə müxtəlif səthlərdə 340-dan çox müxtəlif mikroorqanizmlərə rast gəlmək olar. Mütəxəssis evin “ən çirkli” yerlərini sadalayıb.
Məlum olub ki, ən çox bakteriya və viruslar qapı tutacaqlarında, işıq açarlarında və vanna otağının kranlarında toplanır.
Mütəxəssis deyib ki, qızılı stafilokok, E. coli, qrip və rinoviruslar çox vaxt kranlarda “yaşayır”: “Çünki insanlar əllərini yumazdan əvvəl kranlara tez-tez toxunurlar”.
Kəsmə taxtaları və mətbəx masalar da təhlükəli mikroblarla dolu olur. Orada salmonella, E. coli, qurdlar və kampilobakterləri tapa bilərsiniz.
Xəzər
“Cebhe.info”