Gündə neçə dondurma yemək olar?

Gündə neçə dondurma yemək olar?

İsti havada çox sayda dondurma yemək sağlamlıq problemlərinə səbəb ola biləcək bir sınaqdır. 

“Cebheinfo.az” “sb.by” portalına istinadən yazır ki, bu barədə dietoloq Anastasiya Şalyapina xəbərdarlıq edib.

O qeyd edib ki, bu dondurma yemək məhdudlaşdırılmalıdır: “Çünki dondurma yüksək kalorili məhsuldur və əlavə çəki toplamaq riski var”.

Dietoloqun fikrincə, ideal olaraq həftədə bir və ya iki dəfədən çox olmayaraq dondurma yemək lazımdır:

“Təxminən 100 qram. Bu halda, bu desert çəkinizə  və sağlamlığınıza zərər verməyəcək, bədəni əlavə kalorilərlə yükləməyəcək”.

Xəzər
“Cebheinfo.az”