İçki qadınları kişilərdən daha çox öldürür - ARAŞDIRMA

Alkoqolun cinsdən asılı olaraq orqanizmə təsiri məlum olub.
Müntəzəm olaraq spirtli içki qəbulunun qadınlar üçün kişilərə nisbətən daha təhlükəli olduğu müəyyən edilib.
“Cebhe.info” xəbər verir ki, bu barədə endokrinoloq Zöhrə Pavlova alimlərin son araşdırmasına istinadən məlumat verib.
Onun sözlərinə görə, gündə bir stəkan alkoqollu içki qadınlarda ölümcül ürək xəstəliyi riskini 45% artırır. Lakin kişilər üçün bu göstərici 33% təşkil edir.
Üstəlik, alimlərin fikrincə, risklər istehlak edilən spirtin miqdarından asılı olaraq artır.
Beləliklə, üç ay ərzində gündə üç qədəh şərab həftədə bir neçə stəkanla müqayisədə qadınlarda ürək-damar xəstəliklərinin inkişaf riski 68% artırır.
Alimlər kişilərdə risklərin azalmasını spirtin emalına təsir edən hormonal fərqlərlə izah edirlər.
Lakin araşdırmalar göstərib ki, spirtli içkilər həm kişilərdə, həm də qadınlarda qan təzyiqini artırır və metabolik dəyişikliklərə səbəb olur.
Xəzər
“Cebhe.info”