İnsanı sürətlə qocaldan maddə tapıldı

Alkoqol orqanizmin bioloji qocalmasını sürətləndirir. Yeni araşdırmanı Boston Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimləri tədqiqat qrupu aparıb.
Cebhe.info xəbər verir ki, araşdırmanın nəticələri “Aging” jurnalında dərc olunub.
Araşdırmada 3823 nəfər iştirak edib. Alimlər iştirakçıların sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb, həmçinin etil spirtinin onların DNA metilasiyasına təsirini qiymətləndiriblər. DNA metilasiyasına əsaslanaraq, bioloji qocalma dərəcəsini qiymətləndirmək olar.
Araşdırma göstərib ki, uzun müddət ərzində həddindən artıq miqdarda spirt içmək yaşlanma GAA və PAA biomarkerlərinin artması ilə əlaqəlidir. GrimAge akselerasiyası (GAA) aterosklerotik və ürək-damar xəstəliklərinin inkişafı nəticəsində orqanizmin fizioloji qocalma sürətini əks etdirən epigenetik markerdir. PhenoAge akselerasiyası (PAA) DNA metilasiyası nəticəsində insan orqanizminin orqanlarının və sistemlərinin vaxtından əvvəl aşınmasını göstərən göstəricilər toplusudur.
Məlum olub ki, spirt əslində bioloji yaşı artıra bilər. Alimlər bildiriblər ki, gündə 14 qram etanol içmək (təxminən kiçik bir stəkan şərab və ya butulka pivədə olan miqdar) PAA-nı 0,15 il sürətləndirir. Bundan əlavə, likör kimi bir içki bədənin GAA növünə görə daha sürətli yaşlanmasına səbəb olur.
Xəzər
Cebhe.info