İzləyiciləri təhqir edən Vəfaya cavab: “Get qoyunlarını otar”

İzləyiciləri təhqir edən Vəfaya cavab: “Get qoyunlarını otar”

Müğənni Vəfa Şərifova izləyicilərini təhqir edib. 

O, sosial şəbəkədə paylaşım edərək, insanları qoyun adlandırıb:

“Xoşbəxt olmağa vaxt, imkan tapa bilmirsiz. Görün siz neçə nəfərsiz, mən təmtəkəm. Sizi belə birləşmiş görəndə özümü çobana oxşadıram. Mən çobanam, siz də qoyun sürüsü”.

Həmkarının bu fikirlərinə hiddətlənən müğənni Əli Mirəliyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, xalqın içindən çıxmış sənət adamı bu sözləri deyə bilməz: 

“Mən tez-tez qeyri-etik ifadə işlədən müğənnilər görmüşəm. Lakin elə müğənnilər var ki, onlar ağzının danışığını ümumiyyətlə bilmirlər. Düzü mən heç Vəfanı müğənni olaraq tanımıram. Tanımaq da istəmirəm. Amma özünü müğənni olaraq yox, çoban kimi görürsə, getsin qoyunlarını otarsın. Amma çobanlıq etmək üçün də müəyyən qədər qabiliyyətə ehtiyac var. Düşünmürəm ki, bu qabiliyyət o müğənnidə olsun. Ümumiyyətlə, o insan özünə sual versin ki, mən müğənniyəm, yoxsa çoban? 

Həsən Məmmədov 
“Cebheinfo.az”