Şəbnəmin qızı üzüyü qaytardı: “Toy olmayacaq” - VİDEO

Şəbnəmin qızı üzüyü qaytardı: “Toy olmayacaq” - VİDEO

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel nişanını qaytarıb.

"Cebheinfo.az"olay-a istinadən xəbər verir ki, bununla bağlı o, “Rəngarəng” verilişində məlumat yayıb.

Şəbnəm bildirib ki, qızı ilə nişanlısının xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılıblar: 

“Toy olmayacaq, çünki Günel istəmədi. O, nişanını qaytardı. Nişan tanışlıq ərəfəsidir. Bunu etmək isə bəri başdan daha yaxşıdır. Qızım oğlanla uşaqlıqdan bir-birini istəyirdi. Onlar bir sinifdə oxuyublar. Oğlan tərəfi bu nişanın olmasını daha çox istəyirdi. Xasiyyətləri uyğun gəlmədi. Bir insan əgər digər insana əsəb verirsə, stress yaşadırsa, göz yaşı tökürsə demək bəri barışdan ayrılmaq lazımdır. Qarşı tərəf əl çəkmədi. “Bir üzük taxaq” dedi… Bizdə “tamam” söyləyib, razılaşdıq. Bu “hə” üzüyü idi. 

Qızım çox ağıllı və savadlıdır. Bunu ətrafımdakı insanlar çox yaxşı bilir. O, müasir düşüncəlidir. Bəlkə də onun yerinə mən olsaydım deyərdim ki, nişanı qaytarsam insanlar mənə deyər. Söylədi ki, bizim xasiyyətlərimiz düz gəlmir. Günelin 20 yaşı var. O böyük şirkətdə çalışacaq. Memarlıq və İnşaat Universitetini bitirib. Onun gözələl qabiliyyəti var, bir neçə dil bilir. İnşallah gələcəkdə Allah onun qarşısına elə bir insan çıxardar ki, o da deyər ki, ana həyat tamamilə başqadır”.

"Cebheinfo.az"