Şəkillərə görə tənqid olunmuşdu, üzr istədi - FOTOLAR

Şəkillərə görə tənqid olunmuşdu, üzr istədi - FOTOLAR

Türkiyənin məşhur aktyoru Uraz Kaygılaroğlu çəkdirdiyi şəkillərlə müzakirələrə səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Urazın rəssam sevgilisi Sayna Soleimanpourun ilk sərgisi üçün çəkdirdiyi şəkillər izləyicilərin tənqidinə tuş gəlib. 

Sosial mediada səs-küyə səbəb olan pozalardan sonra Kaygılaroğlu açıqlama verərək üzr istəyib. Aktyor paylaşımda bu sözləri qeyd edib: “Sosial şəbəkələrdə və mətbuatda haqqımda gedən xəbərlərə, reaksiyalara cavab vermək zərurəti hiss etdim. Məqsədim həyatımda xüsusi olan birinin sənətini dəstəkləmək idi. Verdiyim dəstək nəticəsində ortaya çıxan görüntülər cəmiyyətimizdə diskomfort yaratdısa, bunu sadəcə olaraq “sənət” kimi qiymətləndirə bilmərəm və çox təəssüfləndiyimi bildirmək istərdim. Məqsədim heç bir şəkildə pis hissləri oyatmaq deyildi. Bu səbəbdən hamıdan üzr istəyirəm. Hörmətlə”. 

Daha sonra isə, 36 yaşlı aktyor bir müddət əvvəl eşq münasibətinə başladığı 28 yaşlı iranlı sevgilisi ilə romantik fotolar çəkdirərək instaqram hesabında paylaşıb. 

Qeyd edək ki, Uraz Kaygılaroğlu 2014-cü ildə Melis İşiten ilə ailə həyatı qurub. Cütlük 2019-cu ildə qarşılıqlı olaraq boşanma qərarı verərək yollarını ayırıblar. Onların Ada adlı bir qızı var. 

"Cebhe.info"