Yeməklər arasında neçə saat fasilə olmalıdır?

Yeməklər arasında bir neçə saat fasilə vermək məsləhətdir.
“Cebhe.info” “Peterburg2.ru” portalına istinadən yazır ki, bunu profilaktika həkimləri deyib.
Həkimlər qeyd ediblər ki, orqanizmə daxil olan qidanı həzm etmək və yeni porsiya qəbul etməyə hazırlamaq üçün vaxt lazımdır.
Onların sözlərinə görə, ciddi sağlamlıq problemi olmayan böyüklər üçün ideal interval üç-beş saatdır.
Beş saatdan çox yemək yeməmək arzuolunmazdır, çünki bu, mədə-bağırsaq traktının işinə zərər verə bilər.
Xəzər
“Cebhe.info”