Afaq Bəşirqızı namizəd olur?- “Xalqa xidmət etmək üçün...”

Afaq Bəşirqızı namizəd olur?- “Xalqa xidmət etmək üçün...”

1 sentyabrda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi ərəfədə bir çox siyasilərin, sənət adamlarının, məşhurların deputatlığa namizəd olacağı barədə məlumatlar yayılır.

Xalq artisti Afaq Bəşirqızının da budəfəki seçkilərdə namizəd olacağına dair söyləntilər var.

“Cebhe.info”-ya açıqlamasında Xalq artisti deyib ki, o deputatlığa namizəd olmayacaq:

“Ölkəmiz müstəqilliyini əldə etdikdən bəri parlamentə 6 dəfə çağırış olub. Lakin heç birində mən deputatlığa namizəd olmamışam. Çünki xalqa xidmət etmək üçün millət vəkili olmaq şərt deyil. Xalqa xidmət etmək üçün heç xüsusi statusa da sahib olmaq gərək deyil. Sadəcə olaraq xalqı sevmək lazımdır. Məndə millət vəkili olmadan da xalqıma artıqlaması ilə xidmət edirəm”.

Həsən Məmmədov
“Cebhe.info