Aktyor nazirlikdən şikayətləndi

Aktyor nazirlikdən şikayətləndi

Aktyor və rejissor Əlixan Rəcəbov yeni film hazırlığında olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, instaqramda paylaşm edib:

“Film çəkmək üçün mən də hamı kimi digər filmlərdən, kitablardan və musiqilərdən bəhrələnirəm. Bəzən də narahat edən problemlər məni film çəkməyə məcbur edir. Məni hazırda narahat edən problem isə erkən nikahdır. Necə olur ki bir cəmiyyətdən dünyanın ən güclü şahmatçıları, idmançıları, bəstəkarları və 12 yaşında evli qızlar çıxır. Elə bil otaqda böyük fil var, amma biz onu görmək istəmirik".

"Cebheinfo.az"