Amerikalı aktyor Qəzzada atəşkəsə çağırıb

Amerikalı aktyor Qəzzada atəşkəsə çağırıb

Amerikalı aktyor Mark Ruffalo Qəzzada daimi atəşkəsə çağırıb.

"Cebhe.info" "Middle East Eye" istinadən xəbər verir ki, Amerikanın Rejissorlar Gildiyasının mükafatlandırma mərasiminə qatılan Ruffalo digər məşhurlarla birlikdə pencəyinə zanbaq formalı, qırmızı dairəvi nişan taxıb.

Ruffalo bildirib ki, zanbaqlar "sülh zanbağı"nı, qırmızı dairəvi nişan isə "Sülh müqaviləsini dəstəkləyən sənətkarları" simvollaşdırır.

Sənətçilər olaraq Qəzzada qalıcı atəşkəsə çağırdıqlarını ifadə edən Ruffalo, bombardmanların işə yaramadığının indi aydın olduğunu qeyd edib.

Sülhə gedən yolun daha çox bombalanmaması lazım olduğunu vurğulayan Ruffalo "Sülhə şans verməkdə pis nə var? Rəfah sərhəddində 1 milyon qaçqın var, başqa bir bomba dalğası ilə qarşı-qarşıyadır, 400 min insan aclıqdan ölür və ora humanitar yardımlar getmir. Bu səbəbdən dünya liderləri xüsusilə Prezident Co Baydenin bir atəşkəs, daimi atəşkəs tələb etməyini, sülhə bir şans verməyini istəyirik”.

Nigar Hacılı 
"Cebhe.info"