“Athena” ilk dəfə Bakıya gəlir

“Athena” ilk dəfə Bakıya gəlir

Türkiyənin məşhur musiqi qrupu “Athena” Azərbaycana gəlir.

“Cebhe.info” xəbər verir ki, sözügedən qrup ilk dəfə olaraq ölkəmizdəki pərəstişkarları qarşısında çıxış edəcəklər.

Belə ki, “Athena” 12 oktyabrda paytaxtımızda konsert verəcək. 

Bakı İdman Sarayında keçiriləcək konsert saat 20:00-də başlayacaq. Bilet qiymətləri isə 35 manatdan 65 manata qədərdir.

Elmir 
“Cebhe.info”