Azəbaycanda ilk dəfə: İçərişəhərdə unikal fotolar bərpa olunur

Azəbaycanda ilk dəfə: İçərişəhərdə unikal fotolar bərpa olunur

İçərişəhərdə xarici ekspertlərin iştirakı ilə foto neqativlərin bərpası üzrə nəzəri-praktiki seminara start verilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılmasl üzrə nəzəri-praktiki seminar başlayıb.

“Fotolarda canlanan tarix” adlı layihə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan etdiyi müsabiqədən Muzey Mərkəzinin qalib gəlməyindən başlanıb.

Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Muzey Mərkəzinin fondundan XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid nadir fotoların və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Bərpa prosesi üçün Muzey Mərkəzi tərəfindən xüsusi avadanlıq alınıb, nadir fotoların bərpası üzrə Gürcüstan Milli Muzeyinin ekspertləri dəvət edilib.

Seminar zamanı muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında ətraflı əyani təqdimat göstəriləcək və iştirakçılara fond nümunələri əsasında bərpa prosesi nümayiş olunacaq. Fonddakı foto-neqativləri arasında Bakı, Abşeron və Qarabağın abidələrinə aid unikal foto nüsxələr mühafizə edilir.

Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Cebhe.info