Bakı Xoreoqrafiya Akademiyasına yeni prorektor təyin edilib

Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) yeni prorektor təyin edilib.
"Cebheinfo.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, Səftər Mikayıl oğlu Rəhimli sözügedən vəzifəyə təyinat alıb.
Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sabiq sədri Mustafa Abbasbəylinin müşaviri olub. Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edildikdən sonra Səftər Rəhimli Dövlət Məşğulluq Agentliyində müşavir vəzifəsindən azad olunub.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının 4 ilə yaxındır rektoru yoxdur. Nailə Məmməd-Zadə 2022-ci ildən bu günə qədər akademiyanın tədris işləri üzrə prorektoru və rektor vəzifələrini müvəqqəti icra edib.
"Cebheinfo.az"