Əli Mirəliyevdən parik açıqlaması - VİDEO

Əli Mirəliyevdən parik açıqlaması - VİDEO

Dünən müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. 

İfaçı proqrama parikdə qatılıb. Müğənninin həmin görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanaraq müzakirələrə səbəb olub.

Maraqlıdır, zamanla şou dünyasının ulduzlarını canlı efirlərdə söylədiyi ifadələrə, onların oxuduqları mahnılara, şıdırğı rəqslərə və göstərdikləri şoulara, eləcə də xarici görünüşünə görə tənqid edən sənətçi birdən-birə izləyicilərin qarşısına parikdə çıxır?

Qeyd edək ki, müğənni Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, şou proqrama parikdə qatılması cəmi 10 dəqiqə çəkib:

"Mən hər zaman başına parik qoyan və keçəlliyi özünə dərd edib saç əkdirən sənət adamlarını canlı efirlərdə ələ salmışam. İndi gəlib deyəcəklər ki, xeyir ola, sən indi başına “protez saç” qoymusan? Cavab verirəm ki, məni buna "El canlı" şou proqramının aparıcısı, aktyor Elcan Rəsulov təhrik edib.

Parik istəmirəm, insan göründüyü kimi, yəni təbii olmalıdır. Mən SSRİ Xalq artisti İosif Kobzon deyiləm. Düzdür parik məni cavan göstərə bilər. Lakin mən belə də yaraşıqlıyam. Baxmayaraq ki, 75 yaşım var. Mən uzun illər sənət aləmində hər kəsə örnək olmağa çalışan müğənni olmuşam. Bundan sonra başıma parik qoymaq mənə yaraşmaz”.

Bildirək ki, müğənni Əli Mirəliyev "El canlı" verilişində sonra pariki çıxarıb.

Həsən Məmmədov
“Cebhe.info”