"Eşref Rüya" izləyicilərinə pis xəbər

"Eşref Rüya" izləyicilərinə pis xəbər

Türkiyənin "Kanal D" telekanalının iddialı serialı "Eşref Rüya" izləyicilərini məyus edəcək qərar verilib. 

"Cebheinfo.az" xəbər verir ki, ekran işinin "YouTube" platformasındakı yayımı dayandırılacaq. 

Gələn həftədən etibarən layihənin bölümləri "YouTube" platformasına yüklənməyəcək. Buna səbəb serialın televiziya reytinqlərini artırmaq hədəfidir.

"Eşref Rüya"nın sadəcə yayım günlərində "Kanal D"-də izlənilməsi və reytinqlərdə birinci olmaq üçün bu qərar verilib. 

Elmir Mustafa 
"Cebheinfo.az"