"Fransanın səsi"nin qalibinə silahlı hücum

"Fransanın səsi"nin qalibinə silahlı hücum

Fransada keçirilən “The Voice” yarışmasının üçüncü mövsümünün qalibi Kendji Girac odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb.

Səlahiyyətlilər onun həyatına təhlükə olmadığını açıqlayıb. 

"Cebhe.info" xəbər verir ki, "BBC"-nin məlumatına görə, polis yerli vaxtla saat 05.30 radələrində Bordodan təxminən 50 kilometr aralıda, Biskarrossda hadisə yerinə çağırılıb. Fransız mətbuatında yer alan xəbərlərə görə, səlahiyyətlilər hadisənin məişət mübahisəsi ilə əlaqəli ola biləcəyini bildirib. 3 iyul 1996-cı ildə anadan olan Kendji Girac 2013-cü ildə Konqo əsilli fransız reper Gimsin mahnısını kover etdikdən sonra məşhurlaşıb və növbəti il "The Voice" müsabiqəsinin qalibi olub. Bu günə qədər beş albom çıxaran Kendji Giracın son albomu 2022-ci ildə çıxardığı "L'École de la Vie" (Həyat Məktəbi) adlı albomu olub. Onun ən məşhur mahnıları olan "Color Gitano" və "Andalouse" “YouTube”-da yüz milyonlarla dəfə izlənilib. 

Nigar Hacılı 
"Cebhe.info"