İçki aludəçisi olan məşhur aktyor xəstəxanalıq olub

İçki aludəçisi olan məşhur aktyor xəstəxanalıq olub

Türkiyəli məşhur aktyor Nejat İşler xəstəxanaya yerləşdirilib.

Cebhe.info xəbər verir ki, bu barədə onun jurnalist dostları məlumat yayıblar. 

Aktyorun spirtli içki aludəçisi olduğu üçün xəstəxanaya yerləşdirildiyi və buna görə müalicə aldığı bildirilir.

Jurnalist Bülent Cankurt Nejat İşlerin rol aldığı serialın yeni mövsümünün çəkilişlərinə başlamasının imkansız olduğunu qeyd edib:

"Spirtli içki səbəbindən dəfələrlə xəstəxanaya yerləşdirilən 51 yaşlı aktyorun eyni problemlə yenidən xəstəxanaya yerləşdirildiyini öyrəndim. Onun xəstəxanadan nə vaxt çıxacağını öyrənə bilmədim, amma deyəsən ötən mövsüm başlayan və bu mövsüm də davam edəcək serialının çəkilişlərinə başlamaq çətin olacaq. Çünki onun rol aldığı serialın yeni sezonunun çəkilişləri sentyabrın 18-də başlayacaq".

Xatırladaq ki, 2014-cü ildə aktyor qara ciyər sirrozundan müalicə alıb. Həmçinin, septik şokun ( orqan fəaliyyətsizliyi) yaratdığı emboliya yüksəlişi səbəbindən aktyorun sağ əlinin iki barmağı amputasiya olunub.

Günay Şahmar
Cebhe.info