"Kitabi-Dədə Qorqud"dan Şah İsmayılın taxtına qədər: Xaricdə nələrimiz var?
Azərbaycanın mədəniyyət tarixi olduqca zəngin və çoxşaxəlidir.
Araşdırmalara görə, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, gildən, metaldan müxtəlif növ sənətkarlıq nümunələri hazırlayıb.
Tarixin çalarlarını özündə əks etdirən bu yaradıcılıq nümunələri olduqca dəyərli və əvəzsizdir.
Bu mədəniyyət nümunələrinin əksəriyyətini xalça, zinət əşyaları, saxsı qablar, silah növləri təşkil edir.
Sözügedən mədəni irsin əvəzsiz parçaları həmçinin xarici ölkələrin muzeylərində də qorunub saxlanılır, gələn turistlərdə heyranlıq yaradır.
"Cebheinfo.az" xarici ölkələrin muzeylərində saxlanılan mərəni irs nümunələrimizin bəzilərinin siyahısını hazırlayıb.
Türkiyə
Qonşu ölkənin bir çox muzeyində Azərbaycan sənətkarlarının hazırladığı əl işlərinə rast gəlmək mümkündür. Bunlar içində ən dəyərlilərindən biri Topqapı sarayı muzeyində saxlanılan 1528-ci il tarixli polad başlıqdır. Şah İsmayıl Xətainin taxtı və qılıncı da bu muzeydədir.
Bu nümunə orta əsr Azərbaycan zərgərliyi haqda geniş təsəvvür yaradır.
XIII əsrə aid, uzunluğu 254, eni 170 sm ölçüdə olan xalça da bu nümunələr sırasında qiymətlilərdəndir. Xalça
1932-ci ildən etibarən Mövlanə muzeyində saxlanılır.
Almanya
"Kitabi-Dədə Qorqud" eposunun 1815-ci ildə Almaniyanın Drezden Kral kitabxanasında aşkara çıxarılmış ən mükəmməl nüsxəsi bu günədək orada saxlanılmaqdadır.
İran
Qonşu İranda da mədəni irs nümunələrimiz çox saydadır.
Tehranın Arxeoloji muzeyində Həsənli təpəsindən tapılmış bədii metal məmulatları mövcuddur.
Böyük Britaniya
Bu ölkədə saxlanılan əsas mədəni nümunələr xalçalarımızdır. Bu baxımdan, Viktoriya və Albert muzeyini xüsusi qeyd etmək gərəkdir.
1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və "Şeyx Səfi" adı ilə məşhur olan xalça da bu Viktoriya muzeyində saxlanılır.
Rusiya
Qonşu Rusiyanın bir çox muzeylərində də mədəni irsimizin dəyərli nümunələri çix saydadır.
Sankt-Peterburq Dövlət Ermitajında e.ə. II minilliyə aid Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiquru nümayiş etdirilir.
Bundan əlavə, muzeydə tunc dövrünə aid kəmər, bilərzik kimi zərgərlik nümunələr də var.
Burada VII əsrə aid edilən və 35,6 sm hündürlükdə olan bu fiqur xüsusilə diqqət çəkir. Bu fiqurun Qafqaz Albaniyasının hökmdarı Cavanşiri təsvir etməsi haqqında fikirlər çox saydadır.
Eyni zamanda, burada Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin "Xəmsə"si də saxlanılmaqdadır.
Macarıstan
Buranın "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeyində Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi saxlanılır.
Fransa
Parisin Dekorativ sənətlər muzeyində XVI əsrə aid edilən uzunluğu 26 sm ölçüdə olan orijinal sujetli parça saxlanılır.
Həmçinin, Luvr muzeyində də çox saylı zinət nümunələrimiz mühafizə edilir. Bunlara misal olaraq, 1190-cı ilə aid tarixli orijinal fiqurlu qabl göstərmək olar.
İsveçrə
Ölkənin Bern tarix muzeyində 1830-cu ildə Qubada toxunmuş "Qollu çiçi" xalçası mühafizə olunur.
Həmçinin, XVIII-XIX əsrlərdə Şamaxı, Gəncə, Şəki, Bakı şəhərlərində hazırlanan xəncər, qılınc, kimo sənət nümunələri də nümayoş etdirilir.
Naibə
"Cebheinfo.az"