Məşhur aktyor ad gününü keçmiş və indiki arvadı ilə birgə qeyd edib - FOTOLAR

Dünyaca mışhur aktyor Bryus Uillis 68 yaşını keçmiş və indiki həyat yoldaşı, eləcə də beş qızının əhatəsində qeyd edib.
Cebhe.info xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. Aktyorun keçmiş həyat yoldaşı Demi Mur instaqramda ad günündən fotolar yerləşdirib. Bu ilin əvvəlində demensiya diaqnozu qoyulan Uillis sevimli qızlarının əhatəsində olub. Aktyor, arvadı Emma Heminq Uillis, keçmiş həyat yoldaşı Demi və beş qızı Los-Ancelosdə açıq havada foto çəkdiriblər.Paylaşımların birində Demi Mur video yayımlayıb. Bildirib ki, ailəsi Bryusu ad günü münasibəti ilə təbrik etdi və ona almalı piroq hədiyyə edib.
Xəzər
Cebhe.info