Məşhur aktyor serialı başlamadan "bitirdi"

Məşhur aktyor serialı başlamadan "bitirdi"

Türkiyənin “Kanal D” telekanalının yeni başlayacaq iddialı serialı “Eşref Rüya”da başlamadan ayrılıq yaşanıb. 

“Cebheinfo.az” xəbər verir ki, tanınmış aktyor Deniz Hamzaoğlu çəkilişlər başlamadan layihədən ayrılıb. 

Onun müqavilə şərtləri ilə razılaşmadığı üçün bu addımı atdığı iddia olunur. Qeyd edək ki, “Eşref Rüya”da Çağatay Ulusoy, Demet Özdemir, Ceren Benderlioğlu, Necip Memili, Görkem Sevindik kimi məşhur ulduzlar çəkiləcək.

Elmir
“Cebheinfo.az”