Məşhur reper son anda edamdan qurtulub

Məşhur reper son anda edamdan qurtulub

İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etirazları təşkil etməkdə günahlandırılan iranlı rep ifaçısı Tumac Salehi haqqında edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.

"Cebhe.info" xəbər verir ki, iranlı rep ifaçısı Tumac Salihinin vəkili Əmir Rəisiyan "X" sosial media hesabında paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib. 

İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 ay davam edən nümayişləri təşkil etməkdə günahlandırılan iranlı reper Salihi edam cəzasına məhkum edilsə də, daha sonra Ali Məhkəmə onun cəzasını həbslə əvəzləyib.

Salihinin vəkili Əmir Rəisiyan aprelin 24-də verdiyi açıqlamada İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin qərarını icra etmədiyini bildirib.

Xatırladaq ki, reper Salihi 2022-ci ilin sentyabrında başlayan və Mahsa Eminin polis nəzarətində ölməsindən sonra təxminən 4 ay davam edən nümayişlərə qatılıb və hərəkətləri dəstəkləyən açıqlamalar verib.

Ləman İsmayıl
"Cebhe.info"