Xumar Qədimova konsert verəcək: Biletlər neçəyədir? 

Xumar Qədimova konsert verəcək: Biletlər neçəyədir? 

Azərbaycanın Əməkdar artisti Xumar Qədimova konsert verəcək.

"Cebhe.info" xəbər verir ki, sevilən müğənni "Hayal Kahvesi"ndə sevənləri ilə görüşəcək.

19 martda baş tutacaq konsert saat 21:00-da başlayacaq. "Yalan dünya", "Miyana gözlər", "Sevdim", "Ayrıldıq", "Bilmirsən qədrimi", "Gələcəyəm" kimi hit mahnıları dillər əzbəri olan sənətçini sevənlərinə unudulmaz anlar yaşadacaq.

Konsertin bilet qiymətləri isə 25 manatdan 75 manata qədərdir.

Elmir Mustafa
"Cebhe.info"