Erməni nazir Azərbaycanla sülhdən nələr danışdı?

Erməni nazir Azərbaycanla sülhdən nələr danışdı?

“Bu gün Ermənistan qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına yönəlmiş sülh gündəminə sadiqdir.

"Ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və infrastruktur üzərində suverenlik Azərbaycanla münasibətlərin həlli istiqamətində aparılan danışıqlarda bizim üçün əsasdır. Bu yanaşma beynəlxalq hüquqa tam uyğundur və beynəlxalq ictimaiyyətin və tərəfdaşlarımızın dəstəyi son dərəcə vacibdir”.

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. 

 Onun sözlərinə görə, çoxlarının mövcud beynəlxalq hüquq sisteminin işləmədiyini düşündüyü indiki şəraitdə bu əhəmiyyət xüsusilə vurğulanır.

“Beynəlxalq münasibətlərin əsas prinsiplərinin, beynəlxalq hüququn qeyd etdiyim müdafiəsi regionumuzda lazımi əlverişli mühit yarada bilər”, - Mirzoyan bildirib.

Xəzər
“Cebhe.info”