Cahangr Əsgərov: "Məni biabır etmək istəyirlərsə..."

Cahangr Əsgərov: "Məni biabır etmək istəyirlərsə..."

"Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram".

"Cebhe.info" Bakupost.az-a istinadən xəbər verir ki, bunu "Unikal"a açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərov deyib. O bildirib ki, Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsindən də ayırılıb:

"Vəzifədə olmadan akademiyada necə dərs deyə bilərəm? İnsanların mənimlə bağlı sosial şəbəkələrdə yazdıqlarına çox rahat baxıram. Hər kəs öz işi ilə məşğul olur. Sosial şəbəkələrdə mənim rəqs etdiyim videonu paylaşırdılar. Əgər o adamlar məni biabır etmək istəyirlərsə, mən onlara bir söz demirəm.

İndi mən övladlarımla, nəvələrimlə İsmayıllıda və Nabranda istirahət edirəm, amma ölkədən çıxmıram. Özüm ərizə yazıb işdən ayrılmışam".

"Cebhe.info"