Konqresmenlər Baydenə müraciət etdi: “İsrailə...”

Konqresmenlər Baydenə müraciət etdi: “İsrailə...”

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Demokratlar Partiyasından olan 88 konqres üzvü ABŞ Prezidenti Co Baydenə məktub yazaraq, Qəzza zolağına hücumlarını davam etdirən İsrailə silah satışı və yardım məsələlərinə yenidən baxılmasını istəyib.

"Cebhe.info" "Axios”a istinadən xəbər verir ki, başda Jason Crov və Kris Deluzio olmaqla Demokratlar Partiyasından olan 88 konqres üzvü Prezident Co Baydenin fevral ayında imzaladığı Qəzzada insan haqlarının qorunması üçün İsraildən təminat istənilən mətnə diqqət çəkib.

Xatırladaq ki, sözügedən mətndə İsrail “Qəzzaya yardım axınını özbaşına rədd etməyəcək, məhdudlaşdırmayacaq və qarşısını almayacaq, əks halda ölkəyə silah daşınması dayandırılacaq” deyilirdi. 

İsrailin müdafiə naziri Yoav Qalant mart ayında İsrail adından bu zəmanətləri verən bir məktub imzalayıb.

Nigar Hacılı 
"Cebhe.info"