"Atletiko" Oblakı De Xea ilə əvəzləmək istəyir

"Atletiko" Oblakı De Xea ilə əvəzləmək istəyir

İspaniyanın “Atletiko” klubu yayda komandadan gedəcək qolkiper Yan Oblakı David De Xea ilə əvəzləmək istəyir.

“Report”un “Todofichajes”ə istinadən məlumatına görə, Madrid təmsilçisi “Mançester Yunayted” klubundan ayrılan De Xea ilə danışıqları davam etdirir.

İspaniyalı qolkiperlə danışıqlar uğursuz alınarsa, Madrid klubu İngiltərə “Çelsi”sindən Kepa Arrisabalaqanı transfer etməyə çalışacaq.

Qeyd edək ki, Y.Oblak 2014-cü ilin iyulundan "Atletiko"nun formasını geyinir. 31 yaşlı sloveniyalı bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 49 oyunda 64 qol buraxıb.

"Transfermarkt" portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirib.

"Cebhe.info"