Azərbaycanda güclü zəlzələ ola bilər? – AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ ola bilər? – AÇIQLAMA

Bu gün Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələnin maqnitudası 3,1, dərinliyi 8 km olub.

Maraqlıdr, bu kimi zəlzələləri təhlükəli hesab etmək olarmı? Yeraltı təkanlar arta və təhlükəli hala gələ bilərmi?

Məsələ ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bunu təhlükəli hesab etmək olmaz:

"Tovuz rayonunda baş verən zəlzələ əhali tərəfindən hiss olunmayıb. İki və ya 3 ballıq zəlzələ qorxulu deyil. Camaatı belə təşvişə salmaq olmaz. Tovuz seysmik baxımdan aktiv zonadır. Orada vaxtaşırı 3 və 3-dən yuxarı zəlzələlər baş verir. Amma bu gün baş verən zəlzələ qorxulu deyil, heç təhlükəli də sayılmır. Təkanların artması məsələsini gəlincə, bunu öncədən demək çox çətindir. Adətən yüksək ballı zəlzələlər bitəndə afterşoklar çoxalır. Amma bunlar elə titrəyişlər deyil ki, ciddi əhmiyyət verək. Hazırda hər şey qaydasındadır".

Naibə
"Cebhe.info"