Ermənistan NATO-ya qoşulur? - Nazir açıqladı

Ermənistan NATO-ya qoşulur? - Nazir açıqladı

"Ermənistanın NATO-ya qəbulu hələlik bu ölkənin gündəmində deyil".

"Cebhe.info"-nun "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan müsahibəsində deyib.

O, Ermənistanın alyanslarla qarşılıqlı fəaliyyət planlarını belə şərh edib. Nazirin sözlərinə görə, hələlik bu, sadəcə əməkdaşlıqdır.

“Bu gün bu məsələ Ermənistanın gündəmində deyil”, - deyən Mirzoyan qeyd edib ki, bu ölkə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir və həmçinin Kosovoda mövcudluğunu artırıb.

Mirzoyanın sözlərinə görə, bu, əməkdaşlığın bir formasıdır.

Əvvəllər nazir bəyan etmişdi ki, hazırda ABŞ və Avropa Ermənistan üçün əsas tərəfdaşdır və bu ölkə ilə iqtisadi və siyasi əlaqələri dərinləşdirir. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Qərb Ermənistanı öz planlarını həyata keçirmək üçün alətə çevirir.

Xəzər

"Cebhe.info"