Universitetlərdə saxlanılanların sayı minə çatıb

Universitetlərdə saxlanılanların sayı minə çatıb

ABŞ-nin Nyu-York şəhərindəki Kolumbiya Universitetində aprelin 18-də başlayan Fələstin tərəfdarı etirazlar 16 ştatda 20 universitetə yayılıb. 

"Cebhe.info" xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, universitetlərdə düşərgələr yaradan, İsraili hücumlarına son qoymağa və İsrailə silah satan şirkətlərlə əlaqələrini kəsməyə çağıran saxlanılan tələbə və akademiklərin sayı minə çatıb. 

Etirazların ilk başladığı universitet olan Kolumbiya Universiteti, Fələstin tərəfdarı tələbələrə şəhərciyi boşaltmaq üçün verilən müddətin bitməsindən sonra hərəkətə keçib. 

Universitet rəhbərliyinin verdiyi açıqlamada kampusun boşaldılmasına razı olmayan tələbələrin dərsdən uzaqlaşdırılmağa başladığı bildirilib. 

Kornell Universiteti də etirazlarını başqa yerdə davam etdirməkdən imtina edən tələbələri Universitetdən uzaqlaşdırdığını açıqlayıb. 

Digər tərəfdən, Fələstinə dəstək nümayişlərini davam etdirən tələbələr ABŞ-də bir çox siyasi partiya və qeyri-hökumət təşkilatlarından dəstək alıb. İşçi Ailələr Partiyası (WFP) və “IfNotNow”, “Sunrise” və “Gen-Z for Change” də daxil olmaqla 190 qrup birgə bəyanatlarında etirazçı tələbələrlə həmrəy olduqlarını vurğuladılar. Etirazlarda ABŞ-nin ən qərb hissəsində yerləşən San Fransisko Dövlət Universitetinin (SFSU) tələbələri də iştirak edib. SFSU şəhərciyində birincisi Kolumbiya Universitetində qurulan “Qəzza Həmrəylik Düşərgəsi”nə bənzər 20-dən çox çadır qurulub. 

SFSU-da etirazlar Kaliforniyadakı Stanford və UC Berkeley universitetlərində davam edən nümayişlərdən sonra baş verib. ABŞ mediasının məlumatına görə, ölkənin 70-dən çox universitetində Fələstinə dəstək aksiyaları keçirilir. 

Nigar Hacılı 
"Cebhe.info"