DEM Partiyada istefa şoku: 1 bələdiyyə sədri, 4 Məclis üzvü…

DEM Partiyada istefa şoku: 1 bələdiyyə sədri, 4 Məclis üzvü…

Türkiyənin müxalifət partiyalarından olan DEM Partiyada istefa şoku yaşanıb. 

“Cebhe.info” xəbər verir ki, 31 martda keçirilən bələdiyyə seçkilərində 54,39 faiz səslə Şanlıurfanın Biləcik rayonunun bələdiyyə sədri seçilən Mehmet Begit sürpriz bir şəkildə istefa verib. 

Üstəlik, onunla yanaşı bələdiyyə Məclisi üzvləri Mahmut Dirier, Sakıp Yaşar, Rəşid Çəlikhan və Əhməd Arar partiyadan istefa veriblər. Onlar işlərinə kənar müdaxilələr olduğu üçün bu addımı atdıqlarını açıqlayıblar. Qeyd edək ki, Mehmet Begit Biləcik Bələdiyyəsinin sədri vəzifəsinə müstəqil olaraq davam etdiyini bəyan edib. O, partiyadan istefa verən 4 nəfərin də onunla birlikdə müstəqil olaraq çalışacaqlarını söyləyib. 

Elmir Mustafa 
“Cebhe.info”