Ölkələr üzrə işsizlik: Kimdə daha çox işsiz var?

Ölkələr üzrə işsizlik: Kimdə daha çox işsiz var?

Ötən il bir sıra ölkələrdə işsizlik səviyyəsi artsa da, bəzilərində azalıb.

“Cebhe.info” xəbər verir ki, bu haqda məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) illik hesabatında yer alıb.

BVF-nin hesabatına görə, 2023-cü ilin sonunda işsizlik səviyyəsi əvvəlki ilin sonu ilə müqayisədə Birləşmiş Krallıq, ABŞ, Almaniya və Hindistanda artıb, Rusiya, Çin, Yaponiya və Avrozonada isə azalıb.

Son statistiq göstəricilərə görə, işsizlik səviyyəsi Avrozonada 6.4, Rusiyada 3, Birləşmiş Krallıqda 4.2, Hindistanda 8.7, Almaniyada 5.8, Yaponiyada 2.4, Çində 5.1, ABŞ-də isə 3.7 faiz olub.

Qeyd edək ki, Azərbaycanda işsizlik səviyyəsi 5.46 faizdir. Məlumat Dövlət Statistika Komitəsinin 2023-cü ilin dekabr ayının sonuna olan hesabatına aiddir.

Vilayət Muxtar
“Cebhe.info”