Naxçıvanda ÜDM 3 % artıb

Naxçıvanda ÜDM 3 % artıb

Bu ilin I rübü ərzində Naxçıvanda ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub.

Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 550 milyon manatdan çox olub: “Bu ilin I rübü ərzində ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.

"Cebhe.info"