Əfqanıstanda məscidə hücum zamanı 6 nəfər ölüb

Əfqanıstanda məscidə hücum zamanı 6 nəfər ölüb

Əfqanıstanın Herat əyalətindəki məscidə hücum zamanı 6 nəfər ölüb.

APA-nın yerli “Pahjwok” agentliyinə istinadən xəbərinə görə, hadisə ötən axşam əyalətin Quzara rayonunda qeydə alınıb.

Naməlum şəxs ibadət vaxtında içəri daxil olaraq zəvvarlara atəş açıb. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

"Cebhe.info"